Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Suriyadakı uşaqlara videomüraciət ünvanlayıb və onları əsl qəhrəman adlandırıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, "Qızıl top"un sahibi suriyalı uşaqları, həmçinin əmin edib ki, bütün dünya onları dəstəkləyir.
"Salam, bu, Suriyadakı uşaqlar üçündür. Biz bilirik ki, siz çox əziyyət çəkirsiniz. Mən çox məşhur futbolçuyam, amma məhz siz əsl qəhrəmansınız. Ümidinizi itirməyin, bütün dünya sizinlədir. Biz sizə görə narahatıq. Mən sizinləyəm", - deyə futbolçu bildirib.
Modern.az