Modern.az

“Stratfor”un 2017-ci il PROQNOZU: “Rusiyanın Azərbaycanla əlaqələri….”

“Stratfor”un 2017-ci il PROQNOZU: “Rusiyanın Azərbaycanla əlaqələri….”

27 Dekabr 2016, 13:56

Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” adlandırılan “Stratfor” analitik mərkəzi 2017-ci ildə postsovet ölkələrində yaranacaq vəziyyətə toxunub. Modern.az xəbər verir ki, analitik mərkəzin proqnozlarına görə, qarşıdan gələn ildə Avropa Birliyində daxili problemlər daha da şiddətlənəcək və Rusiya bundan maksimum faydalanmağa çalışacaq.

 

“2017-ci ildə Avropa ölkələrindəki qarışıqlıqdan istifadə edəcək Rusiya Ukrayna və digər keçmiş sovet respublikalarındakı nüfuzunu geri qaytarmağa çalışacaq. “Brexit” Avropa Birliyi daxilində ciddi ziddiyətlərin olduğunu göstərdi və Gürcüstan, Ukrayna, Moldova kimi ölkələri Rusiya ilə daha praqmatik siyasət yürütməyə vadar etdi”.

 

“Stratfor”un fikrincə, Rusiya Brüssel ilə Vaşinqtonun münasibətlərini qızışdırmaqda davam edəcək və bunun üçün kiberhücumlar, siyasi manipulasiyalar və təbliğat kampaniyalarından istifadə edəcək.

 

“Moskva 2017-ci ildə ABŞ və Avropa Birliyinin sanksiyalarından xilas olmağa çalışacaq. Bu, Rusiya və Qərb arasında mübarizənin yeni mərhələsi demək olacaq”.

 

Analitik mərkəzin ekspertlərinin fikrincə, 2017-ci ildə Rusiyanın Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanda siyasi mövqeləri möhkəmlənəcək.

 

“Rusiyanın Azərbaycan və Özbəkistanla təhlükəsizlik sferasında əməkdaşlığının genişlənməsi gözlənilir”.

 

Vüqar İSMAYILOV  

 

 

    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU