Modern.az

İsveçdə sərnişin təyyarəsi qəza enişi enib

İsveçdə sərnişin təyyarəsi qəza enişi enib

27 Dekabr 2016, 20:38

İsveçin paytaxtı Stokholmun Arlanda aeroportundan qalxan "Airbus" А320 təyyarəsi qəza enişi edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra geri qayıdaraq təcili eniş etməli olub. Buna səbəb təyyarənin mühərriklərindən birində baş verən yanğın olub.

Məlumata görə, eniş normal başa çatıb və yanğın söndürülüb. Təyyarədəki sərnişinlərin sayı açıqlanmayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU