Modern.az

“ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə dəstək verib” - İDDİA

“ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə dəstək verib” - İDDİA

27 Dekabr 2016, 22:28

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib. Modern.az saytı xəbər verir ki, APA-nın “Röyters”ə istinadən məlumatına görə, Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib. 

 

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, - deyə Ərdoğan qeyd edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU