Modern.az

Mağazaya ərsiz gedən qadının başını kəsiblər

Mağazaya ərsiz gedən qadının başını kəsiblər

29 Dekabr 2016, 00:40

Əfqanıstanda ərzaq mağazasına ərsiz gedən qadının başını kəsiblər. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, insident böyük hissəsi hələ də, "Taliban" hərəkatının nəzarəti altında olan Sar-e-Pul əyalətində baş verib.

Məlumata görə, mərhumun həyat yoldaşı bir neçə gün əvəl ölkəni tərk edib. O, evdə olmadığı zaman isə qadın Latii kəndindəki bazara gedib. Yolda qadın silahlı şəxslər tərəfindən saxlanılıb və tezliklə qətlə yetirilib.

Əyalət qubernatorunun sözlərinə görə, qadın, ehtimal ki, "Taliban"ın qadınların yaxın kişi qohumu olmadan ictimai yerlərə getməsinə qoyduğu qadağanı pozub.

Bununla belə, "Taliban" qətldə əlinin olmadığını bəyan edib.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU