Modern.az

Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırıldı

 Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırıldı

29 Dekabr 2016, 14:19

Bir neçə gün əvvəl baş vermiş qəzanın səbəbləri müəyyən olunanadək Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb.

Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına görə, bunu Rusiya Silahlı Qüvvələrinin Aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi, general-leytenant Sergey Baynetov deyib.

Xatırladaq ki, Rusiyada Suriyaya gedən "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayaraq Qara dənizə düşmüş, nəticədə 92 nəfər həlak olmuşdu.

Bu gün həmin qəza nəticəsində həlak olanlardan 19 nəfərin meyiti sudan çıxarılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU