Modern.az

Mosul əməliyyatının ikinci mərhələsi başlayıb

Mosul əməliyyatının ikinci mərhələsi başlayıb

Dünya

29 Dekabr 2016, 21:50

İraqda Mosulun İŞİD terrorçularından azad edilməsi üçün əməliyyatların 2-ci mərhələsinə start verilib. Modern.az saytı xəbər verir ki, atv.az-ın məlumatına görə, bu barədə antiterror əməliyyatına komandanlıq edən Əbdülvahab əs-Səədi məlumat verib.

Onun sözlərinə görə, əməliyyatın ikinci mərhələsi çərçivəsində Mosulun bütün şərq məhəllələrinin azad edilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Mosul və Xəvicə şəhərləri uğrunda əməliyyatlardan sonra 137 min insan evlərini tərk etməli olub. Bu insanların bir qismi Ərbil, Daxuk və Səlahəddin bölgələrində, həmçinin, Mosul yaxınlığındakı düşərgədə yerləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU