BMT-nin Baş katibi Pan Gi Mun vəzifə səlahiyyətlərinin başa çatması ilə əlaqədar Nyu Yorkdakı Baş Assambleyada əməkdaşlarla görüşərək təşkilatdan ayrılıb.
Modern.az xarici Kİv-ə istinadən xəbər verir ki, Pan Gi Munun səlahiyyət müddəti dekabrın 31-də başa çatıb. O, 10 ildir ki, BMT-nin Baş katibi idi.
BMT-nin yeni baş katibi portuqaliyalı Antonio Quttereş sabah - yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Modern.az