Modern.az

Qazaxıstanda yaşayış binası uçub

Qazaxıstanda yaşayış binası uçub

1 Yanvar 2017, 23:36

Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, hadisə vilayətin Şaxan qəsəbəsində qeydə alınıb.

 Hadisə yerinə cəlb edilən xilasedicilər indiyədək 4 nəfəri xilas edib. Hadisə nəticəsində 1 nəfər ölüb. Amma dağıntılar altında qalanların olduğu bildirilir.  Hazırda xilasetmə əməliyyatı davam edir.

 

Qeyd edək ki, insidentin səbəbləri barədə hələ ki, məlumat verilmir.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU