Modern.az

Çindən Trampa CAVAB

Çindən Trampa CAVAB

12 Yanvar 2017, 14:42

“Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır”.

Modern.az saytının xarici KİV-ə istinadla xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.

L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp mətbuat konfransında Çin və Rusiyanı ölkəsinə qarşı kiberhücumlarda ittiham edən ABŞ xüsusi xidmət orqanları ilə razılaşdığını bildirib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu