Modern.az

Obamanın iti Ağ evin qonağını dişləyib

Obamanın iti Ağ evin qonağını dişləyib

13 Yanvar 2017, 22:29

ABŞ prezidenti Barak Obamanın Sanni ləqəbli iti Ağ evə qonaq gələn qıza hücum edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı qız Obama ailəsinin sevimli itini sığallamaq istəyəndə, o qızın sifətindən dişləyib.

Məlumata görə, xəsarət alan qonağa Obama iləsinin həkimi baxıb və tikiş qoyulmasını vacib hesab edib. Sanni ilə tanışlıqdan sonra qızın üzündə əbədi olaraq dişlək yerinin qalacağı da istisna olunmur.

Obama ailəsinin iki iti var – Bo və Sanni. Hər ikisi Portuqaliya su cinsindəndir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU