Modern.az

Trampın müşavirinin Rusiya səfirinə müəmmalı ZƏNGİ...

Trampın müşavirinin Rusiya səfirinə müəmmalı ZƏNGİ...

14 Yanvar 2017, 12:28

Barak Obama Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn 5 dəfə Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyaka zəng edib.

 

Modern.az saytının xəbərinə görə, belə bir iddia ilə “Reuters” çıxış edib. Məlumata görə, Trampın köməkçisi ilə səfirin söhbəti zamanı artıq Rusiya diplomatları onlara qarşı sanksiya tətbiq edildiyindən xəbərdar idilər.

 

“Reuters”in mənbələri bildirib ki, telefon danışığının məzmunu və kimin təşəbbüsü ilə gerçəkləşməsi məlum deyil.

 

Trampın mətbuat katibi Sin Spayser yanvarın 13-də Flinn və Kislyak arasında telefon söhbətinin olduğunu təsdiq edib. Amma bildirib ki, bu, Obamanın sanksiyaları elan etməsindən bir gün əvvəl baş verib. Spayser deyib ki, dekabrın 28-də Flinn və Kislyak inaqurasiyadan sonra Tramp və Putin arasında telefon söhbətinin təşkilini müzakirə ediblər.  

Trampın qərargahının adını açıqlamayan əməkdaşı “The Washington Post”a bildirmişdi ki, telefon söhbətinin gedişatında heç bir müzakirə aparılmayıb. Amma o, Maykl Flinnin telefon zənginin proqrama daxil edilib-edilməməsi barədə dəqiqləşdirmə apara bilməyib.

 

Qəzet adı çəkilməyən ABŞ rəsmisinə istinadən qeyd etmişdi ki, Flinn Kislyaka Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi və Rusiya hərbi xorunun təyyarə qəzasında həlak olması ilə bağlı başsağlığı vermək üçün zəng edib.

 

Qeyd edək ki, 2016-cı ilin 29 dekabrında Obama Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin də zabitləri daxil olmaqla, Rusiyanın 9 qurumuna qarşı sanksiya tətbiqini elan edib. ABŞ həmçinin 35 Rusiya diplomatını ölkədən deportasiya edib.

 

Aqşin KƏRİMOV 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU