Modern.az

Buş  reanimasiyaya yerləşdirilib

Buş  reanimasiyaya yerləşdirilib

18 Yanvar 2017, 22:57

Hyuston şəhərində xəstəxanaya yerləşdirilən ABŞ-ın sabiq prezidenti Corc Buş tibbi müəssisənin reanimasiya şöbəsinə köçürülüb. Modern.az saytı xəbər verir ki, “Reuters”  məlumatına görə, hazırda onun vəziyyəti stabildir.

Qeyd edək ki, 92 yaşlı C.Buş xəstəxanaya təngnəfəslik səbəbindən yerləşdirilib. ABŞ-ın 41-ci prezidenti parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU