Modern.az

Nazarbayev səlahiyyətlərindən əl çəkir

Nazarbayev səlahiyyətlərindən əl çəkir

25 Yanvar 2017, 20:43

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu axşam ölkə telekanalları vasitəsilə xüsusi müraciət edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, N.Nazarbayev çıxışı zamanı konstitusiya islahatları ilə bağlı referendumun keçiriləcəyini deyib.

 

N.Nazarbayev 40-a qədər səlahiyyətin hökumət və parlamentə verilməsini təklif edib.

 

Prezident çıxışında vurğulayıb: "Əsas məsələ odur ki, prezident səlahiyyətlərinin bir qismini parlament və hökumətə verir. Ölkə başçısı bundan sonra daha çox milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərlə məşğul olacaq. Hökumət və parlamentin rolu isə kifayət qədər artacaq”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU