Modern.az

İranın Ermənistan sevgisi: "Qonşulardan bizə ən az problem yaradan Yerevandır”

İranın Ermənistan sevgisi: "Qonşulardan bizə ən az problem yaradan Yerevandır”

7 Fevral 2017, 11:04

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi Ermənistanla münasibətlərə toxunub.

 

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Qasımi Ermənistanın Tehrana ən az problem yaradan qonşu dövlət olduğunu deyib.

“Ermənistanla İran arasında tarixi münasibətlər var. Bizim münasibətlərimiz yeni deyil, tarixidir. Bu ölkə digər qonşu ölkələrlə müqayisədə bizə ən az problem yaradır”.

 

İran rəsmisi Ermənistanda bir çox siyasi fiqurların Hələbdə doğulduğunu xatırladaraq, Suriya münaqişəsinin iki ölkə arasında tez-tez müzakirə olunduğunu da diqqətə çatdırıb.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB