Modern.az

Kremldən mətbuata GÖSTƏRİŞ – "Daha Trampı tərifləməyin"

Kremldən mətbuata GÖSTƏRİŞ – "Daha Trampı tərifləməyin"

16 Fevral 2017, 21:29

Kreml Rusiya mətbuatına Donald Trampı müsbət obrazda təqdim edən sujetlərdən çəkinməyə çağırıb. Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Moskvadakı 3 ayrı mənbəsinə istinadən məlumat yayıb.

 

 

Prezident administrasiyası bu məhdudiyyəti tamaşaçıların artıq Trampa maraq göstərməməsi ilə əlaqələndiriblər.

 

 

“Bloomberg” əlavə edir ki, bu fakt rəsmi Moskvanın Trampın deyildiyi kimi Moskva ilə dost münasibətlərdə olacağı fikrinə gəlməsinin göstəricisidir.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB