"Hizbullah"ın məhdud sayda "Yaxont" ("Onioks") gəmi əleyhinə raketlər əldə edib. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı İsrailin "Yediot Ahronot" nəşri yayıb.
Qərb kəşfiyyatına istinadən yayılan məlumata görə, Rusiya istehsalı olan bu raket sistemləri dünyada ən yaxşı hesab olunur.
"Hizbullah"ın məhdud sayda (səkkiz ədəd) bu kompleksə malik olması barədə məlumatı Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında Qərb kəşfiyyat rəsmiləri verib.
Modern.az