Modern.az

"Samsung" şirkətində kütləvi dava - VİDEO

"Samsung" şirkətində kütləvi dava - VİDEO

1 Mart 2017, 00:52

Vyetnamın şimalında yerləşən Samsung Display zavodunda kütləvi dava baş verib. Modern.az AzNews.az-a istinadən  xəbər verir ki, insidentə səbəb zavodun əməkdaşları ilə mühafizəçi arasında düşən mübahisə olub. Konfliktdən sonra zavodda minlərlə işçi bir-birinə qarışıb.

Mühafizəçi əməkdaşı itələyib, nəticədə digər əməkdaşlar mühafizəçini qovmağa başlayıblar. Bir neçə saat ərzində zavodun bütün əməkdaşları binanın həyətinə toplaşıblar.

Bunun qarşısını almaq üçün əraziyə çoxlu sayda polis gəlib.

Şirkət rəsmiləri bildirib ki, mübahisə anlaşılmazlığa görə baş verib. Yalnız bir mühafizəçi xəsarət alıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB