“İŞİD” qruplaşması onları məhv etmə sürətimizə qarşı çatdıra bilmir”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya ordusunun komandan müavini, general-leytenant Rupert Cons məlumat verib.
“Biz onları çox sürətlə məhv edirik. Onlar verdiyi itkilərin yerini doldura bilmir”.
Consun fikrincə, İŞİD-ə xaricdən qoşulan döyüşçülərin sayının kəskin azalması da, qruplaşmaya verdiyi itkilərin yerini doldurmağa imkan vermir.
“Əgər İŞİD adından əlinizə silah götürüb günahsız insanları qırmaq istəyirsinizsə, onda sizi tapıb məhv edəcəyik. Fərqi yoxdur hardansız – London, Bağdad yaxud Parisdən. Əlinizə silah götürürsünüzsə, bu sizin üçün yaxşı nəticələnməyəcək”.
Rupert Cons 2017-ci ilin yanvarına qədər ümumilikdə, 48 mindən artıq İŞİD döyüşçüsünün məhv edildiyini deyib.
Vüqar İSMAYILOV