Səudiyyə Ərəbistanı kralı bu ay İndoneziyaya səfər edəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Salman bin Əbdüləziz əl-Səudi bu səfərdə 1500 nəfər müşayiət edəcək. Bundan başqa krala xidmət göstərmək üçün xüsusi olaraq 600-ə yaxın adam ayrılacaq. Səfər zamanı kralın baqajı isə 456 ton təşkil edəcək. Baqajın 400 tona yaxını Bali adasına yollanacaq. Bu baqaja 2 “Mercedes” avtomobili, eləcə də 2 elektrik lifti daxildir.
Qeyd edək ki, kralın səfəri martın 1-dən 9-dək davam edəcək.
Modern.az