Modern.az

“ABŞ münaqişənin sülh yolu ilə həllinə köməyini davam etdirəcək"

“ABŞ münaqişənin sülh yolu ilə həllinə köməyini davam etdirəcək"

3 Mart 2017, 23:43

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Modern.az “Trend”ə istinadən  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə,  tərəflər prosesin sülh yolu ilə nizamlanmasının irəliləməsi üzrə fikir mübadiləsi aparıblar.

"Vyanada və Sankt-Peterburqda əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi Tillerson bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək", - məlumatda deyilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər