Modern.az

11 Şimali Koreya vətəndaşına sanksiya tətbiq edilib

11 Şimali Koreya vətəndaşına sanksiya tətbiq edilib

1 Aprel 2017, 00:30

ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) 11 vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlardan üçü Moskvada yaşayır. Bunlar "Ilsim International Bank"ın təmsilçisi Çot Çun Yanq, Kim Nam Unq və "Foreign Trade Bank"ın nümayəndəsi Han Janq Sudur.

ABŞ-ın sanksiya tətbiq etdiyi digər şəxslər KXDR-in Çində, Vyentamda və Kubadakı xarici ticarət təşkilatının nümayəndələridir. Birləşmiş Ştatlar həmçinin Şimali Koreyanın bir şirkətinə də qarşı sanksiya tətbiq edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB