Kolumbiyada torpaq sürüşməsi olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkə paytaxtında baş verən torpaq sürüşməsi nəticəsində azı 112 nəfər ölüb. Hadisə zamanı 200 nəfərin itkin düşdüyü bildirilir.
Qeyd edək ki, hadisəyə səbəb bölgədə bir neçə saat ərzində davam edən güclü leysan nəticəsində bir neçə çayın məcrasından çıxması olub.
Modern.az