Modern.az

Terrorçu müşahidə kameralarına düşdü

Terrorçu müşahidə kameralarına düşdü

3 Aprel 2017, 20:43

Sankt-Peterburq metrosunun müşahidə kameraları partlayışın ehtimal edilən təşkilatçısını qeydə alıb. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə araşdırmanın gedişi ilə tanış olan mənbə məlumat verib.

İlkin məlumatlara görə, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu qatarın vaqonuna portfeldə qoyulub.

Partlayıcı qatar “Texnologiya institutu” stansiyasının platformasında dayanarkən partlayıb.

Xatırladaq ki, son məlumata görə, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

Rusiya Milli Antiterror Komitəsi (MAK) bildirib ki, daha bir partlayıcı qurğu "Üsyançılar meydanı” stansiyasında aşkar edilib. Bomba zərərsizləşdirilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB