Modern.az

Trampın qalmaqallı MÜSAHİBƏSİ: “Şimali Koreya ilə məsələni həll edəcəm”

Trampın qalmaqallı MÜSAHİBƏSİ: “Şimali Koreya ilə məsələni həll edəcəm”

4 Aprel 2017, 00:01

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın "Financial Times" qəzetinə geniş müsahibə verib. Modern.az xəbər verir ki, Tramp müsahibəsində Şimali Koreyanın raket proqramını təkbaşına ləğv edə biləcəklərini deyib.

 

 

Tramp Ağ Evdəki şəxsi kabinetində “Finacial Times”in baş redaktoru Layonel Barber, jurnalistlər Demetri Sevestupolo və Cillian Tetlə söhbət edib. Tramp Şimali Koreyanın artan nüvə təhlükəsini Çin sədri Si Tzinpinin ölkəyə səfəri zamanı müzakirə edəcəyini deyib.

 

“Çin Şimali Koreyaya böyük təsir imkanlarına malikdir və bizə kömək edib-etməyəcəyini müəyyən etməlidir. Birinci variant hamıya xeyir verəcək, ikinci halda isə heç kəs xeyir görməyəcək” – deyə Tramp müsahibəsində deyib.

 

 

Məqalə müəllifləri Trampın Çinlə yaxud Çinin iştirakı olmadan Şimali Koreya ilə mübahisəli məsələləri həll etməyə hazır olduğunu deyib. Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ketlin Makfarland isə Trampın prezidentliyinin sonuna qədər Şimali Koreyanın ABŞ-a nüvə zərbəsi endirmək gücündə olduğunu deyib.

 

 

Bundan bir gün öncə, Çin xarici işlər naziri Van İ ABŞ və Cənubi Koreyanın hərbi təlimləri yekunlaşdırması qarşılığında Şimali Koreyanın öz raket sınaqlarını dayandırmasını təklif etmişdi. O, Şimali Koreya və ABŞ-ə sürətlə bir-birinin üzərinə gedən iki sürət qatarı ilə müqayisə etmişdi.

 

 

Vüqar İSMAYILOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB