Modern.az

ABŞ Əsədi tanıyır

ABŞ Əsədi tanıyır

4 Aprel 2017, 22:15

ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətinin dəyişdirilməsi variantını artıq nəzərdən keçirmir və onu “siyasi reallıq” hesab edir. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

“Hazırda Suriyada rejimin dəyişdirilməsi üçün əvvəllər mövcud olan fundamental imkan yoxdur”, - deyə Spayser bildirib.

O qeyd edib ki, Suriyada hər-hansı dəyişikliyi yalnız bu ölkənin vətəndaşları etməlidir. “Suriyadakı siyasi reallığı inkar etmək səfehlik olardı”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB