“Əlbəttə bu, ölkəmiz üçün olduqca ağırdır. Lakin terrorla mübarizə sona qədər aparılmalıdır. Əks təqdirdə belə olaylar tez-tez baş verəcək”. Modern.az xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyev Sankt-Peterburq şəhərindəki terror aktı ilə bağlı danışarkən bildirib.
Baş nazir vurğulayıb ki, terror aktını törədən kamikadze olub: “Əlbəttə ki, bu kimi təxribatlar təkbaşına hazırlanmır. Əminəm ki, bu işdə əli olan hər kəs yaxalanacaq”.
Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Ölənlər arasında 1, yaralananlar arasında da 1 azərbaycanlı var.
Modern.az