Modern.az

Ərdoğan türk ordusunun yeni hədəflərini AÇIQLADI

Ərdoğan türk ordusunun yeni hədəflərini AÇIQLADI

5 Aprel 2017, 18:50

Türkiyə prezidenti Bursada seçicilərlə görüş keçirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Fərat qalxanı” əməliyyatının başa çatmasından sonra türk ordusu Mənbic və Rakkaya doğru irəliləyəcək.

 

“Əl-Bab nəticə əldə etməyimizin son nümunəsidir. Cərablus, Dabik və Əl-Rai bundan qabaq azad olunub. İndi biz Mənbicə doğru irəliləyəcəyik. Koalisiya sözünü tutarsa, Rakkanı da alacayıq”.

 

Türkiyə ordusu 2016-cı il avqustun 24-dən Suriyada əməliyyat həyata keçirir.

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB