Modern.az

Terrorçunun şəxsiyyəti DNT ekspertizası ilə müəyyənləşdi

Terrorçunun şəxsiyyəti DNT ekspertizası ilə müəyyənləşdi

5 Aprel 2017, 20:54

Sankt-Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyəti müəyyənləşdirib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, bu DNT ekspertizası nəticəsində mümkün olub.

Onun sözlərinə görə, yaxın müddət ərzində A.Cəlilovun valideynlərinin iştirakı ilə tanınma proseduru keçiriləcək. Hazırda istintaq Sankt-Peterburqda metroda partlayıcı qurğunu işə salan terrorçunun əlaqələrini araşdırır.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB