Modern.az

Avropaya NİFRƏT: daha bir ölkə “Putin ittifaqı”na üzv olacaq – prezidentdən AÇIQLAMA

Avropaya NİFRƏT: daha bir ölkə “Putin ittifaqı”na üzv olacaq – prezidentdən AÇIQLAMA

5 Aprel 2017, 23:30

Moldova prezidenti İqor Dodon Avropa Birliyini bu ölkəyə yardım ayırdığına görə, təşəkkür etmək əvəzinə, günahlandırıb. O, Avropa Birliyini ittiham edərək  deyib ki, təşkilat pulların xərclənməsini düzgün həyata keçirməyib.

 

Modern.az saytının xəbərinə görə, İqor Dodon Almaniyanın “Die Welt”qəzetinə müsahibəsində bildirib ki, Avropa Birliyi 2007-ci ildən 2015-ci ilə qədər Moldovaya 782 milyon avro yardım ayırıb. Lakin bu məbləğin yarısı qaranlıq yollarla yoxa çıxıb.

 

“Mənim ölkəmin hökumətinin rüşvətxor üzvləri də bu pulları oğurlayıblar. Lakin Avropa Komissiyası buna məhəl qoymurdu”-deyə o bildirib.

 

Prezident Moldovanın vaxtı ilə Qərb yönümlü siyasət yürütməsinin yanlış addım olmasına da diqqət çəkib:

 

“Vətəndaşlarımız gördü ki, bizim bundan əvvəlki Qərb yönümlü hökumətimiz daha çox korrupsiyaya cəlb olunub”.

 

Dodon Moldovanın Avropa Birliyi ilə assosiativ saziş imzalamasını da tənqid edib:

 

“Bizim vətəndaşlar cəmi 90 gün vizasız rejimdən istifadə etdilər. Şəxsən mən hesab edirəm ki, Avrasiya İttifaqı ilə əlaqələr Moldovaya daha çox xeyir verəcək. Biz Avrasiya İttifaqı ilə sıx əlaqələrdən daha çox qazana bilərik. Uzunmüddətli perspektivdə Moldova Avrasiya İttifaqının üzvü olacaq.

 

Lakin bu məsələ referendum zamanı və 2018-ci il parlament seçkilərindən sonra həll oluna bilər.  Mən indiki məqamda Avrasiya İttifaqı ilə əməkdaşlıq haqqında memorandum imzalamağı təklif edirəm”.

 

Onun fikrincə, Moldovanın bundan əvvəl Qərbə meyl etməsi böyük səhv idi və rəsmi Kişinyov Rusiya ilə strateji tərəfdaşlıq etməlidir.

 

Bir neçə gün öncə Moldova paytaxtında Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Moldova prezidenti İqor Dodon və Avrasiya iqtisadiyyat kollegiyasının sədri Tiqran Sarkisyan imzalayıb.

 

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayıb.

 

Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan bu təşkilatın üzvləridir.

 

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB