İŞİD terrorçularının İraqa hücumu zamanı 32 nəfər öldürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terrorçular bu dəfə Salah-ed-Din vilayətini hədəf seçib. Hücum zamanı daha 28 nəfər xəsarət alıb.
Məlumata görə, İŞİD-in 7 nəfərlik qruplaşması hökumət qüvvələrinin hərbi formasını geyinərək Tikritin cənubundakı Zuxur yaşayış məntəqəsinə hücum edib. Terrorçular bundan sonra evlərə daxil olaraq sakinlərinə nizamsız atəş açıblar.
Ölən və yaralananlar arasında çoxlu dinc sakin var. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
İraqın təhlükəsizlik xidmətinin əməkdaşları dərhal terrorçuların tapılması istiqamətində əməliyyata başlayıblar. Onlar iki terrorçu məhv ediblər. Daha bir terrorçu-kamikadze isə bədənindəki partlayıcı qurğu ilə özünü partladıb.
Modern.az