Suriya münaqişəsinin başlanmasından sonra ABŞ ilk dəfə Suriya ərazisinə raket zərbələri endirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbələr Şayrat aviabazasına endirilib. Bunun üçün Aralıq dənizi akvatoriyasından yerləşən Ross və Porter esmineslərindən istifadə olunub. Pentaqon aviabazadan kimyəvi hücum zamanı da istifadə olunduğnu bildirib.
“Zərbənin nəticələrini qiymətləndiririk. İlkin nəticələr, aviabazaya zərbələr zamanı ciddi dağıntıların olduğunu göstərir. Bunun nəticəsində Suriya hökumət qüvvələrinin kimyəvi silah tətbiq etmək qabiliyyəti azalıb”.
Zərbədən öncə, Rusiya tərəfinə bu barədə məlumat da verilib.
Vüqar İSMAYILOV