Modern.az

Yaponiya hökumətində Suriyaya görə fövqəladə İCLAS

Yaponiya hökumətində Suriyaya görə fövqəladə İCLAS

7 Aprel 2017, 10:13

Yaponiya hökuməti ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahat olaraq təcili Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Bu haqda Modern.az xarici KİV-ə istinadən məlumat verir.

Yaponiya xarici işlər naziri Fumio Kisida bəyan edib ki, ABŞ-ın Suriyaya raket zərbələri endirməsi barədə informasiya yoxlanılır, yalnız bundan sonra Yaponiya hökuməti öz mövqeyini bildirəcək.

Qeyd edək ki, bu gecə ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi zərbələr endirilməsi üçün baza rolunu oynaması bildirilən Homs aerodromuna raket zərbələrinin endirilməsi barədə əmr verib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB