Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Adanada keçirəcəyi kütləvi açılış mərasimi və mitinq tədbiri üçün Adananın Kozan bölgəsindən Adanaya gələnləri daşıyan avtobus aşıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yağışlı havanın da təsirilə sürücünün idarəetməni itirməsi nəticəsində avtobus dərəyə yuvarlanıb.
İlkin məlumata görə, avtobusun altında qalan 3 nəfər həyatını itirib, 20 nəfər də yaralanıb.
Qafar Ağayev