Modern.az

Lavrov  və Çavuşoğlu Suriya problemini müzakirə etdi

Lavrov  və Çavuşoğlu Suriya problemini müzakirə etdi

7 Aprel 2017, 22:17

Rusiya xarici işlər naziri Sergey Lavrov  və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Mövlud Çavuşoğlunun təşəbbüsü ilə baş tutan danışıq zamanı nazirlər ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər.

 

Qeyd edək ki, bu gecə ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi zərbələr endirilməsi üçün baza rolunu oynaması bildirilən Hüms aerodromuna raket zərbələrinin endirilməsi barədə əmr verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB