İŞİD terrorçuları Mosulda dinc əhaliyə qarşı tərkibində döyüş qazı olan silah işlədib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin sədri Əbdül Səttar əl-Xabu məlumat verib.
Məlumata görə, İŞİD bu gün dinc əhali və azad olunan Yarmuk və Mətahin rayonlarında olan hökumət qüvvələrinə qarşı tərkibində döyüş qazı və xlor olan mərmilərdən istifadə edib.
Qeyd edək ki, hadisə nəticəsində zərərçəkənlərin sayı hələ açıqlanmayıb.
Modern.az