Şimali Koreya ABŞ-ın Suriya ordusunun bazasını raketlərlə bombardman etməsini pisləyib.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, Şimali Koreya bunu ABŞ-ın bağışlanılmaz aqressiyası adlandırıb.
Bu haqda Şimali Koreyanın Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib. O, ABŞ-ın raket
O deyib ki, Şimali Koreyanın bu baxımdan raket zərbələrinə qarşı nüvə silahı hazırlaması ən düzgün seçimdir.
“ABŞ-ın Suriyanı raket zərbəsinə məruz qoyması bağışlanılmaz aqressiyadır. Biz kəskin şəkildə bunu pisləyirik”-deyə anonim mənbə qeyd edib.
Digər məlumata görə isə ABŞ-ın Suriya bazasını bombalamasından öncə Şimali Koreya lideri Kim Çen In Bəşər Əsədlə əlaqə saxlayıb və bildirib ki, iki ölkə arasındakı dostluq daha da gücləndirilməli, əməkdaşlıq daha da dərinləşməlidir.
Bəşər Əsəd isə Kim Çen Inə təşəkkür edib.
Qeyd edək ki, ABŞ Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirib. Bu, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq atılan addımdır.
ABŞ hərbçiləri Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna “Tomahavk” raketləri atıb.
Raketlər ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə atılıb.
Aqşin KƏRİMOV