Modern.az

Misirdə 3 günlük matəm elan edildi

Misirdə 3 günlük matəm elan edildi

Dünya

9 Aprel 2017, 20:06

Misir hökuməti ölkədə törədilən terror aktları ilə bağlı ölkədə üç günlük matəm elan edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelərin törətdikləri partlayışlar nəticəsində 46 nəfər ölüb. Belə ki, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər həyatını itirib.  İsgəndəriyyədə isə  kilsədə törədilən partlayışda isə 16 nəfər ölüb. Hadisə nəticəsində 100-dən çox insan yaralanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB