Modern.az

Prezidentlər Suriyadakı vəziyyəti müzakirə edib

Prezidentlər Suriyadakı vəziyyəti müzakirə edib

9 Aprel 2017, 20:19

Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün Vladimir Putin və Həsən Ruhani arasında telefon danışığı olub.

Prezidentlər ABŞ-ın Suriya aviabazasına raket zərbəsi endirməsini və Suriyanın İdlib şəhərində kimyəvi silah tətbiqi ilə bağlı olayı müzakirə ediblər.

Məlumata görə, dövlət başçıları ABŞ-ın müstəqil dövlət olan Suriyaya raket zərbəsi endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Eyni zamanda aprelin 4-də Suriyanın İdlib vilayətində kimyəvi silahla bağlı olayın qərəzsiz, hərtərəfli araşdırılmasını vacib sayıblar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB