Modern.az

İran liderindən ittiham: ABŞ İŞİD-in güclənməsinə kömək edir

İran liderindən ittiham: ABŞ İŞİD-in güclənməsinə kömək edir

9 Aprel 2017, 21:09

“Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu”. Modern.az "Report"a istinadən  xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələri Komandanlığının nümayəndələri ilə görüşü zamanı bildirib.

"Amerikalıların etdikləri onların növbəti strateji səhvidir. Onlar bu səhvləri təkrarlamaqda davam edirlər. ABŞ-ın əvvəlki rəhbərləri İŞİD-i yaratdılar, indiki Amerika rəsmiləri də bu və bu kimi qruplaşmaların güclənməsinə köməklik göstərirlər", - deyə o bildirib.

Ali dini liderin sözlərinə görə, yaxın gələcəkdə bu qruplaşmalar amerikalıların özlərinin yaxasından yapışacaqlar.

"Bu gün Avropa ekstremizmin güclənməsinə gətirib çıxaran səhvlərinin əvəzini verir. İnsanlar artıq nə evdə, nə də küçədə özlərini təhlükəsiz hiss etmirlər. ABŞ da eyni səhvləri təkrar edir", - deyə Xamenei bildirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB