Misirin İsgəndəriyyə şəhərində kilsədə törədilən partlayış nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yaralılardan daha biri dünyasını dəyişib. Bununla da terror aktı nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Qeyd edək ki, bu gün Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər
Partlayış törədib. Törədilən terror aktları ilə əlaqədar Misirdə üç günlük matəm elan edib.
Modern.az