Modern.az

İranda 644 nəfər prezidentliyə namizəd oldu

İranda 644 nəfər prezidentliyə namizəd oldu

Dünya

13 Aprel 2017, 23:11

İranda prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatıb. Modern.az Azərtac-a istinadən xəbər verir ki, İran İslam Respublikası Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Onlardan 21-i qadındır.

 

İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq.

 

Seçkilər mayın 19-da keçiriləcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər