Xəbər verildiyi kimi, ABŞ Hərbi Hava Qüvvələri “İslam dövləti” (İŞİD) terror təşkilatının Əfqanıstanın şimal-şərq Nanqarhar vilayətindəki tunel kompleksinə cümə axşamı 10 tondan çox ağırlıqdakı GBU-43 markalı bomba atıb.
Bu bombanın adı "Mother Of All Bombs" - “Bütün Bombaların Anası”-dır.
Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, bomba 36 İŞİD döyüşçüsünü və terrorçuların bazasını məhv edib.
Bu silah qeyri-nüvə bombasıdır.
Lakin Qərb mətbuatı xatırladıb ki, Rusiyada bu bombadan da güclü silah var.
Bu barədə Modern.az “Business İnsider”ə istinadən bildirir. Hərbi mənbələrin məlumatına görə, Rusiyada GBU-43-dən 4 dəfə güclü olan “Bütün bombaların atası” (Father Of All Bombs) deyilən silah mövcuddur. Bu bombanın partlayış gücü 44 ton bomba ekvivalentindədir.
Rusiyanın bu nəhəng bombası 2007-ci ildə hazırlanıb. O, havada partlayır və oksigenlə reaksiyaya girərək daha da alovlanır və dağıdıcılıq qabiliyyəti bir az güclənir.
Hərbi ekspertlər dağıdıcı gücünə görə, bu bombanı taktiki nüvə silahları müqayisə edirlər.
Aqşin KƏRİMOV