Modern.az

İranda prezidentlik uğrunda 1636 namizəd mübarizə aparacaq

İranda prezidentlik uğrunda 1636 namizəd mübarizə aparacaq

16 Aprel 2017, 00:15

İranda prezident seçkilərində iştirak etmək üçün 1636 nəfər qeydiyyatdan keçib. Modern.az İran mediasına istinadən xəbər verir ki, bunu Seçkilərin keçirilməsi üzrə qərargahın rəhbəri Əli Əsgər Əhmədi bildirib.

Əli Əsgər Əhmədinin sözlərinə görə, prezidentliyə namizədlərdən 137 nəfəri qadındır. Namizədlərdən ən gəncinin 18, ən yaşlısının isə 92 yaşı var.

Qeydiyyat aprelin 11-də başlayıb və dünən axşam başa çatıb. Sabahdan başlayaraq, namizədlərin seçimi mərhələsi start götürəcək. İran Konstitusiyasının Keşikçiləri Şurası 16-20 aprel tarixlərində namizədlərin seçki qanunvericiliyinə uyğunluğunu yoxlayaraq, onların seçimini həyata keçirəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU