Modern.az

Aralıq dənizində 7 miqrantın meyiti tapılıb

Aralıq dənizində 7 miqrantın meyiti tapılıb

Dünya

17 Aprel 2017, 00:16

Son sutka ərzində Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 4 500-ə yaxın miqrant xilas olunub.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Məlumata görə, son sutka ərzində, həmçinin rezin qayıqların birində 7 miqrantın meyiti aşkarlanıb.

Qeyd edək ki, ilin əvvəlindən İtaliyaya Aralıq dənizi vasitəsilə 27 min miqrant gəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35 faiz çoxdur.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU