Modern.az

Türkiyədə dəfndən qayıdan mikroavtobus aşdı: 6 ölü

Türkiyədə dəfndən qayıdan mikroavtobus aşdı: 6 ölü

23 Aprel 2017, 00:10

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ölkənin Zonguldağ bölgəsinin Ereqli qəsəbəsində qeydə alınıb. Dəfn mərasimindən qayıdan mikroavtobusun aşması nəticəsində 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Sürücünün şəxsiyyəti hələ ki, müəyyən edilməyib. Hadisə yerinə çox sayda təcili yardım maşınları və xilasedicilər səlb olunub.

Qeyd edək ki, mikroavtobusun dəfn mərasimindən qayıdaraq İstanbul istiqamətində hərəkət etdiyi bildirilir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU