Modern.az

Donbasda ATƏT əməkdaşı öldü

Donbasda ATƏT əməkdaşı öldü

Dünya

23 Aprel 2017, 20:45

Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Slavyanoserbsk rayonunun Prişib kəndində qeydə alınıb. Belə ki, Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb. Ölən şəxs Böyük Britaniya vətəndaşı Cozef Stoundur. Partlayış zamanı həmçinin Almaniya vətəndaşı İva Qnelin kontuziya alıb. O, Luqansk şəhər xəstəxanasına yerləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU