Suriya ordusu daha bir ərazini terrorçulardan təmizləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ordu artıq Xüms şəhərinin Şumariya dağlarının bir hissəsinə nəzarəti ələ keçirib.
Döyüşlərdə onlarla terrorçu öldürülüb. Tel əl Triks və Tel əl Yalam təpələri Əsəd qüvvələrinin nəzarətinə keçib.
Məlumata görə, terrorçular Maksir Hisan kəndindən ordu qüvvələrinə qarşı həmlə etməyə çalışsalar da, buna nail olmayıblar.
Modern.az