Modern.az

Barıt zavodunda partlayış: 17 yaralı

Barıt zavodunda partlayış: 17 yaralı

17 May 2017, 21:36

Polşada barıt zavodunda baş verən partlayışda xəsarət alanların sayı dəqiqləşib. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  hadisə nəticəsində 17 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.

Partlayış baş verən binanın altında insanların qaldığı ehtimal olunur. Hazırda axtarış tədbirləri davam etdirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?