Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər böhranının həll edilməsi üçün danışıqlar aparır.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilə əlaqədar olaraq Ərdoğan dörd dünya lideri ilə əlaqə yaradaraq ərəb qalmaqalını müzakirə edib.
Türkiyə prezidenti Qətər əmiri şeyx Temim bin Hamad əl Sani, Rusiya prezidenti Vladimir Putin, Küveyt əmiri şeyx Sabah əl Əhməd əl Sabah və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdulaziz Al Saudla telefon əlaqəsi yaradıb.
Danışıqlar zamanı Ərdoğan regiondakı gərginliyin diplomatik və dialoq yolu ilə həll olunması müzakirə edilib.
Mirmahmud KAZIMOĞLU